Pyonçanq-2018 Qış Olimpiya Oyunlarında fiqurlu konki sürmə yarışında iştirak edən fransalı idmançı Qabriela Papadakisinin geyiminin ipinin qopması onu pis vəziyyətə salıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, partnyoru Quilame Cizeronla birgə performansı zamanı idmançının başına gələn hadisə izləyicilərin təəccübünə səbəb olub.
Talesiz hadisəyə rəğmən Qabriela Papadakis jurnalistlərə açıqlamasında hələ də qızıl medala iddialı olduğunu deyib: “Ən çox qorxduğum şey başıma gəldi. Bu hadisə yarışa adaptasiyama da pis təsir göstərir”.
Papadakisin partnyoru Cizeron ise pis təcrübəyə baxmayaraq göstərdikləri performansa görə fəxr etdiyini deyib.