Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində dəyişiklik edib.
Teleqraf.com qurumun saytına istinadla xəbər verir ki, Premyer Liqa və Azərbaycan kubokunun təqvimindəki dəyişikliklərə milli komandamızın mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel Prezident seçkiləri səbəb olub.
Çempionatın 19-cu turunun “Kəpəz”-“Qəbələ” və “Keşlə”-“Neftçi” oyunları martın 9-da, “Səbail”-“Sumqayıt” və “Qarabağ”-“Zirə” matçları isə martın 10-da olacaq.
20-ci turun “Keşlə”-“Qəbələ” qarşılaşması martın 13-də, turun digər üç oyunu isə martın 14-də keçiriləcək.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də deyil, aprelin 12-də oynanılacaq. Həmçinin Premyer Liqanın 23-cü turundakı “Zirə”-“Neftçi” görüşü aprelin 14-dən 15-nə keçirilib.