29 Aprel 2018 00:10
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də futbol üzrə İspaniya La Liqasının 34-ci turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Real Madrid" komandası öz meydanında "Leganes"ı qəbul edib.

Oyun "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı matçın 8-ci dəqiqəsində Madrid klubunun hücumçusu Qaret Beyl açıb. Bu, onun cari çempionatda vurduğu 12-ci qolu olub. Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. Bu dəfə B.Mayoral fərqlənib.

Fasilədən sonra hücuma atılan "Leganes" rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Nəhayət, matçın 66-cı dəqiqəsində Amrabatın cinah ötürməsindən sonra Darko Brasanaç topu "Real"ın qapısından keçirib: 2:1. Bu, oyunda vurulan son qol olub.

Bu qələbə sayəsində xallarının sayını 71-ə çatdıran madridlilər üçüncü pillədə yerini möhkəmlədib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər