Transfer çalışmalarını davam etdirən "Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə 1 illik müqavilə imzalanıb.
31 yaşlı yarımmüdafiəçi yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qoran Paratski son olaraq, Avstraliyanın "Vellinqton Feniks” klubunda forma geyinib. O, vaxtilə Xorvatiyanın gənclər yığmasında da çıxış edib.