Fransa millisinin hücumçusu Kilian Mbape DÇ-2018-ə görə alacağı mükafat məbləğini xeyriyyə fonduna bağışlayacaq.
Teleqraf.com xəbər verir ki, 19 yaşlı futbolçu mundial ərzindəki bütün qazancını əlil uşaqlar üçün ödənişsiz idman tədrisi ilə məşğul olan təşkilata vermək qərarına gəlib.
Mbappe DÇ-2018-də keçirdiyi hər oyun üçün 20 min avro qazanıb. Üstəlik, o, mundialda vurduğu hər qola görə də bonus məbləğ əldə edib.
Qeyd edək ki, mundialın ən yaxşı gənc futbolçusu seçilmiş Mbapenin turnir ərzindəki təxmini qazancı 470 min avro təşkil edir