Sentyabrın 1-də İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilib.
Son çempion "Mançester Siti" və öz meydançasında "Nyukasl" komandası ilə qarşılaşıb. Hesabı 8-ci dəqiqədə meydan sahibləri açıblar. Benjamen Mendinin ötürməsini Rəhim Sterlinq qola çevirib. Qarşılaşmanın 30-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirməyə nail olublar. Deandre Yedlin adını tabloya yazdırıb. Birinci hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsinə güclü hücumlarla başlayan Pep Qvardiolanın yetirmələri 52-ci dəqiqədə hesabda yenidən önə keçib. "Şəhərlilərin" əsas qol silahı olan Kun Aquyeranın ötürməsini Kil Valker dəqiq zərbə ilə tamamlayıb. Bu, oyunda sonuncu qol olub.
Beləliklə, İngiltərə Premyer Liqasının dördüncü turundan sonra "Mançester Siti" 10 xal toplayaraq üçüncü yerə yüksəlib.
Turun digər oyunları belə nəticələnib:
"Lester Siti" - "Liverpul" - 1:2
"Brayton" - "Fulhem" - 2:2
"Çelsi" - "Bormunt" - 2:0
"Kristal Palas" - "Sauthempton" - 0:2
"Everton" - "Haddersfild" - 1:1
"Vest Hem" - "Volverhemton" - 0:1
Hazırda turnir cədvəlinə hər birinin hesabında 12 xal olan "Liverpul" və "Çelsi" klubları başçılıq edirlər.
İngiltərə Premyer Liqasının dördüncü turuna sentyabrın 2-də "Kardiff Siti"-"Arsenal", "Börnli"-"Mançester Yunayted" və "Vatford"-"Tottenhem" oyunları ilə yekun vurulacaq.