4 Sentyabr 2018 19:06
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Olimpiya Stadionunda (BOS) yeniliklər həyata keçirilib.

Teleqraf.com BOS-un saytına istinadən xəbər verir ki, Milllətlər Liqasının oyunları bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - UEFA Avropa Liqası 2019 Final oyununun qaydaları əsasında keçiriləcək.

Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və Bakı Olimpiya Stadionu tərəfindən nizamlanaraq təsdiq ediləcək və oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan sonra azarkeşlər və digər müştəri qrupları ( KİV nümayəndələri, VİP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsi ilə stadiona daxil olacaqlar. Sözügedən avadanlıqların əməliyyat sistemləri həm bar kodları, həm də radio tezlik identifikasiyasılarını oxuya biləcək. Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin öz bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Əlilliyi olan şəxslərin də turniketlər vasitəsi ilə stadiona daxil ola biləcəyi də bu yeniliklərdəndir.

Ümumilikdə 124 turniket quraşdırılmışdır ki, bunun 110-u ümumi istifadədə, 4-ü əlilliyi olan şəxslər üçün, qalan 10 turniket isə VİP zonalardadır.

Əlavə olaraq, girişlərin yerləşməsi də dəyişdirilmişdir. Belə ki, əvvəllər tamaşaçı girişləri qütblərə uyğun adlanırdısa (Şimal, Cənub, Şərq və Qərb), indi isə bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcəkdir. Bu yenilik qonaqların matç və digər tədbirlərdə stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Oturacaqların sayında da dəyişiklik olacaq. Atletika yarışlarında əlavə olaraq istifadə oluna bilən kamera platformaları azarkeş üçün oturacaqlarla əvəz edilir.

Jurnalistlər üçün “Miks Zona”-ya giriş ayrı bir qapı vasitəsi ilə həyata keçiriləcək və "eksklüziv" miks-zonada fəaliyyət göstərən jurnalistlərə akkreditasiya üçün əlavə bir etiket təqdim olunacaq.

Yeniliklər Tamaşaçı Xidmətlərinə də təsir edəcək. Beləliklə, Tapıntılar Bürosunun mexanizmi daha zərif olacaqdır. Hər bir maddə Tamaşaçı Xidmətləri nümayəndəsinə köçürüləcək və formaları doldurduqdan sonra stendlərdə olan Tapıntılar Bürosunun ofisinə yerləşdiriləcəkdir. İtən əşyanın sahibləri stadionun nümayəndələrinə 1 həftə ərzində müraciət edə bilərlər. Eyni zamanda itirilən əşyaların siyahısı BOS-un rəsmi kanallarında dərc olunacaq. Bu müddət ərzində əşyanın sahibi tapılmazsa, tapılan əşya protokolu ilə birlikdə paketlənərək təhlükəsizlik xidmətlərinə təqdim ediləcəkdir.

Stadionun ərazisində daimi Tibb Məntəqəsi də faəliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər