3 Oktyabr 2018 00:45
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" klubunun qapıçısı Petr Çex 3-4 həftəlik sıradan çıxıb.

Teleqraf.com xəbər verir ki, buna çexiyalı qolkiperin "Uotford"la Premyer Liqanın VII tur matçında dizaltı vətərindən aldığı zədə səbəb olub.

O, yaxın müddətdə bərpa kursu keçəcək. Beləliklə, Çex Avropa Liqasında "Qarabağ" və Portuqaliya "Sportinq"i, ölkə çempionatında isə "Fulhem" və "Lester"lə qarşılaşmalarda iştirak etməyəcək.

Otuz altı yaşlı oyunçu bu mövsüm "Arsenal"ın heyətində 8 matçın hamısında çıxış edib və 9 top buraxıb. Bundan başqa müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da zədəlidir.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşması saat 20:55-də başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər