PSJ-nin hücumçusu Neymar “Barselona”nın oyunçusu Lionel Messinin Argentina millisinə çağırılmamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, braziliyalı futbolçu bunu biabırçılıq adlandırıb: “Bu, futbol üçün biabırçılıqdır. Nə qədər ki, imkan var, Messinin oyunundan zövq almalıyıq. O, nə qədər çox oynasa, futbolu sevənlər üçün bir o qədər yaxşıdır”.
Qeyd edək ki, Messi məşqçilər korpusundan bu ilin sonuna milli komandaya çağırılmamağını xahiş edib.