1 Noyabr 2018 01:34
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz gəlir gətirməyən yarışlara qatılmayacaqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, Abdel-Əziz Həbibin titul qazanmaq üçün potensial döyüşçülərlə rinqə çıxmasını istəmədiyini deyib:

“Həbib dünya ulduzudur. O, Putinlə, Ərdoğanla görüşdü. Onun keçmiş rəqibi isə spirtli içki satır. Sanki onlar fərqli planetlərdəndir. Qoy hər kəs öz işi ilə məşğul olsun. Makqreqorun öz qanı ilə boğulacağını görmək istəyirəm. Askren və Vudli kimi döyüşçülərin heç biri Həbibə çata bilməz. Məni döyüşlər yox, 100 milyonlar maraqlandırır. Askrenlə Vudli isə bizə heç 100 min dollar qazandırmayacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər