"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın 11-ci turunda "Rayo Valyekno" ilə matçda komandasına kömək edə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, iki gün əvvəl fərdi məşqlərə başlayan argentinalı hücumçunun adı sözügedən oyun üçün heyətə daxil edilməyib. O, bərpa prosesi keçdiyi üçün bu addım atılıb.
Qeyd edək ki, L.Messi İspaniya La Liqasının 9-cu turunda “Sevilya” ilə oyunda qol sümüyü sınıb. Bu səbəbdən o, "El-Klassiko"nu buraxmışdı.