"Real Madrid" komandası futbol üzrə İspaniya Çempionatının 11-ci turu çərçivəsində "Valyadolid" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
"Santiaqo Bernabeu" stadionunda keçirilən oyunda hesab oyunun sonunda - 83cü dəqiqədə açılıb. "Valyadolid"in oyuçusu Kiko avtoqola imza atıb. Oyunun 88-ci dəqiqəsində "Real"ın kapitanı Serxio Ramosa penaltini dəqiq yerinə yetirərək hesabda fərqi artırıb.
Beləliklə, Madrid komandası 5 matçlıq qalibiyyətsiz seriyaya son qoyub (bir heç-heçə, dörd məğlubiyyət).
Bu qələbə "Real" üçün Xulen Lopeteqanın baş məşqçi postundan istefaya göndərildikdən sonra ilk qələbəsi olub. Hal-hazırda onun vəzifələrini Santyaqo Solari yerinə yetirir.
Turnir cədvəlinə gəlincə, "Real" 17 xalla 6-cıdır. Növbəti turda "Real Madrid" səfərdə "Selta" ilə qarşılaşacaq.