16 Noyabr 2018 22:30
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.

O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.

Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər