Peter Şmeyxel sabiq klubu “Mançester Yunayted”də çalışa bilər.
Teleqraf.com xəbər verir ki, veteran qapıçıya idman direktoru vəzifəsi təklif edilib.
Şmeyxel bununla bağlı Britaniya mətbuatına açıqlamasında deyib: “Mən bu işdə kluba kömək edə bilərəmmi, bu suala cavab tapmaq üçün fikirləşməliyəm. Yeni il tətilində bir müddət istirahət edəcəm və son qərarımı verəcəm”.
Qeyd edək ki, danimarkalı Şmeyxel 1991-1999-cu illərdə ”mankunyanlar”ın şərəfini qoruyub.
/Qol.az/