“Real”ın braziliyalı futbolçusu Marselo, yayda “Yuventus”a transfer olunan keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.
Teleqraf.com İspaniya KİV-ə istinadla xəbər verir ki, 30 yaşlı futbolçu Ronaldonun gedəcəyini Çempionlar Liqasının son finalından əvvəl bildiyini deyib:
“Çempionlar Liqasının finalından əvvəl məşq edirdik. Birdən Ronaldo yanıma gəldi və mənə, “gedirəm”, dedi. Bu ayrılıq gerçəkləşənə qədər özümü təsəlli edirdim. O, transfer olunanda hər şeyi anladım”.
Son zamanlar adı “Yuventus”la yanaşı çəkilən Marselo əlavə edib ki, Real Madridlə müqaviləsi bitməyib:
“Yuventus” çox böyük bir klubdur, amma mənim “Real”la müqaviləm var”.