21 Fevral 2019 21:08
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutub.

47 komandanın iştirakı ilə püşkatma keçirilib. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirin seçmə mərhələsinə qatılıb. Azərbaycan millisi 2009-cu ildə lipa məsələsinə görə dağıldıqdan sonra ilk dəfə Avropa çempionatınının seçmə mərhələsində çıxış edəcək.

Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünüb. Yığmamız püşkatma zamanı ən zəif millilərin yer aldığı beşinci səbətdə qərarlaşıb. D qrupuna düşən komandamız İspaniya, Çexiya, Polşa və Moldova ilə üz-üzə gələcək.

Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən üç komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər altı komanda arasında isə pley-off oyunları keçiriləcək.


Müəllif: Teleqraf.com