FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Teleqraf.com xəbər verir ki, 31 yaşlı referi martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək Polşa-Latviya qarşılaşmasını idarə edəcək.
Matçda ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.