29 Mart 2019 00:30
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyası bir müddət əvvəl oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən “Amedspor” klubunun futbolçusu Mansur Çalara verilən ömürlük cəzanı ləğv edib.

Teleqraf.com xəbər verir ki, futboldan ömürlük kənarlaşdırılan 33 yaşlı yarımmüdafiəçinin klubu qərardan şikayət edib.

Yeni araşdırmalardan sonra TFF ömürlük cəzanı 20 oyunluq cəza ilə əvəzləyib. Həmçinin, futbolçu 25 min lirə cərimə ödəyəcək.

Qeyd edək ki, Türkiyə 3-cü divizionunda keçirilən "Amedspor" - "Sakaryaspor" matçının gedişində futbolçular arasında mübahisə düşüb. Bu zaman kürd əsilli oyunçu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib.ğ


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər