15 May 2019 22:36
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” “Sumqayıt”a qarşı keçirəcəyi Azərbaycan kubokunun final matçına hazırlığı davam etdirir.

Teleqraf.com klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, əyalət təmsilçisinin Bakıda yaşayan ziyalı və ağsaqqallardan ibarət bir qrup azarkeşi finalı matçı öncəsi “Qəbələ”nin düşərgəsini ziyarət edib. Ziyalı azarkeşlər komandaya həlledici oyunda uğurlar arzulayıb.

Qeyd edək ki, mayın 29-da Naxçıvan Muxtar Respublikası Stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşünə saat 16:30-da start veriləcək.


Müəllif: Teleqraf.com