Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.
Teleqraf.com xəbər verir ki, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Hakimlər Ayxan Əhmədli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli və Mədinə Mustafayevadan ibarət komandanın finaldakı çıxışını 17,800 xalla qiymətləndiriblər.
Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.