“Ramil gənc oyunçudur. Biz onu hələ Rusiyanın gənclər millisindəki çıxışından tanıyırıq. Ötən mövsümü “Krılya Sovetov”da keçirdi və çempionatın sonunda oynamağa başladı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov klubun rəsmi saytına açıqlamasında deyib.
Praqa “Sparta”sı ilə dünən keçirdikləri yoxlama oyununu (1:1) dəyərləndirən mütəxəssis Ramil Şeydayevin “Dinamo”ya keçidindən də danışıb: “İndi yeni komandadadır və yeni tələblər var. Gəlin görək, burada özünü necə göstərəcək. Ancaq bir hücumçu kimi yaxşı göstəriciləri var”.
Xoxlov Şeydayevin “Dinamo”dakı debüt oyununa da toxunub: “Hücumda istədiyimiz fəallığı göstərmədi. Aydın məsələdir ki, hələ komanda yoldaşları arasında qarşılıqlı anlaşma yoxdur. Ancaq düşünürəm ki, uyğunlaşmaq üçün vaxtı var”.
Qeyd edək ki, Ramil dünən “Dinamo” ilə 1 illik müqavilə imzalayıb.
/Qol.az/