İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo yeni reklama çəkilib.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı portuqaliyalı ulduz Sinqapurun onlayn-şoppinq şirkəti olan “Shopee”nin çarxında yer alıb.
Reklamda Ronaldo özünəxas tərzdə cərimə zərbəsindən qol vurub sevinir. Amma bu zaman futbolçunun diqqətini bir məqam çəkir: heç kim onun qolunu və oyununu izləmir. Azarkeşlər bu zaman öz smartfonlarına baxaraq alış-veriş edirlər.
Qeyd edək ki, bu yeni reklam qısa müddətdə böyük maraq doğurub. Yutubda reklamı izləyənlərin sayı 4 milyonu keçib.