20 Avqust 2019 21:55
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Beşiktaş" klubu Almaniya "Şalke"sində çıxış edən Yevgeni Konoplyankanı heyətinə qatmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. "Ağ-qaralar"ın bu transfer üçün "Şalke"yə 3 milyon avro ödəyəcəyi bildirilib.

29 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir. O, yeni klubunda illik 2.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Yevgeni Konoplyanka peşəkar karyerasına ölkəsinin "Dnepr" klubunda başlayıb. Ukrayna millisində də şərəfini qoruyan yarımmüdafiəçi İspaniyanın "Sevilya" kollektivində də çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər