"Barselona"nın futbolçusu Lionel Messi zədəsini sağaldıb.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı hücumçu komandasının bu gün axşam keçirilən ümumi məşqində iştirak edib. Onun böyük ehtimalla La Liqanın 2-ci turunda "Betis"lə matçda oynayacağı bildirilib.
Qeyd edək ki, Messi zədə səbəbindən ölkə çempionatının ilk turunda "Atletik"lə görüşü buraxmışdı.
Əlavə edək ki, "Barselona" - "Betis" oyunu avqustun 25-i keçiriləcək.