26 Avqust 2019 00:29
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müdafiədə səhvsiz oynamağa çalışdıq. Bunu 45 dəqiqə bacardıq. Rəqibin təzyiqinə dözə bilmədik. Qapımıza sadə penalti təyin olundu. O epizodda penalti var idi. Belə məğlubiyyətə dözmək çətindir. Məğlubiyyətin başlıca günahkarı mənəm. Çalışacağıq ki, bu durumdan çıxaq."

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın II turunda səfərdə "Qarabağ"a uduzduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Yusif Nəbiyev zədəli olduğu üçün Sadiq Quliyev məcburiyyət üzündən müdafiənin cinahında oynayıb: "Belə məğlubiyyəti kənardan izləmək ağırdır. Mənim üçün çox çətindir. Rəqib də "Qarabağ" idi".

Gənc məşqçi komandada qalacağı ilə bağlı suala isə belə cavab verib: "Rəhbərlik qərar verəcək. Mənim getməyim yaxşı təsir edəcəksə, gedərəm. İndi bu, gəmini tərk edib getmək olar. Buna əsasən rəhbərlik qərar verəcək".

Qurbanov bu görüşdə futbolçula kompakt oyun tapşırdığını vurğulayıb: "Onlara belə məqamda deyiləsi söz yoxdur. Çalışacağıq ki, oyunu unudaq və gələcək matçlara baxaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər