13 Sentyabr 2014 15:04
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünün 4-cü mərhələsi də arxada qalıb. 5 mərhələdən ibarət bu hissədə iştirakçılar güclü yağış altında 138.8 km məsafə qət ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu mərhələdə “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticə Maykl Şvayzerə məxsus olub - o, məsafəni 2 saat, 53 dəqiqə, 16 saniyəyə başa vurmaqla mərhələ qalibi ilə eyni nəticə göstərib və fotofinişə əsasən 8-ci olub.

Ümumi təsnifata gəlincə, təmsilçilərimizdən Aleksandr Surutkoviç və Metyu Bremmier müvafiq olaraq 12-13-cü yerlərdə qərarlaşırlar. İlk 20-likdə daha bir təmsilçimiz - bir neçə gündən sonra İspaniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək Elit yığma komandamızın üzvü Elçin Əsədov da var – o, 16-cı pillədədir.

Sabah keçiriləcək sonuncu, 5-ci mərhələdə isə iştirakçılar 109.2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.


Müəllif:

Oxşar xəbərlər