24 Noyabr 2019 22:37
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının qış çempionu bəlli olub.

Teleqraf.com-un məlumatına görə, ölkə birinciliyində fasiləyə iki tur qalmış “Qarabağ” liderliyi təmin edib.

Bu gün başa çatan XII turda Qurban Qurbanovun komandası rəqib meydanında “Sumqayıt”a uduzsa da (1:2), onların ən yaxın izləyicisi “Keşlə” də məğlub olub.

Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda səfərdə “Zirə” ilə bacarmayıb - 1:3.

Bununla da fasiləyə iki tur qalmış aradakı 8 xallıq fərq dəyişməyib.

Hərçənd son turda “Qəbələ”yə qalib gələn (4:1) və “Keşlə”dən ikinciliyi alan “Neftçi”nin “Qarabağ”a çatmaq imkanı olsa da, şəxsi oyunlardakı (2:0, 0:0) üstünlük ağdamlıların ili birinci pillədə başa vuracağını dəqiqləşdirir.

Maraqlıdır ki, bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudu.

Rekord isə “Neftçi”yə məxsusdu. Bakılılar 8 dəfə yeni ili lider kimi qarşılayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər