UEFA bu gün klubların növbəti reytinq siyahısını açıqlayıb.
Trend-in qurumun saytına istinadən yaydığı xəbərə görə, dünən Avropa Liqasının qrup mərhələsində debüt edən və “Sent-Etyen”lə oyunda xal qazanan “Qarabağ” böyük sıçrayış edib.
Ağdam təmsilçisi 27 pillə irəliləyərək 454 komandanın yer aldığı siyahıda 199-cu yerə qalxıb. Reytinqdə hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdur – 171-ci yer.
Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:
172. “Neftçi” (-2)
199. “Qarabağ” (+27)
271. “İnter” (-3)
300. “Xəzər Lənkəran” (+2)
347. “Bakı” (+1)
371. “Qəbələ” (+1)
372. AZAL (+2)
Reyntiq cədvəlinə əvvəlkitək Çempionlar Liqasının son qalibi “Real” başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.
Ölkələrin reytinqində isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.