1 Dekabr 2019 13:29
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın 15-ci turunda evdə "Barselona"ilə qarşılaşacağı matçdan öncə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, 49 yaşlı mütəxəssis bu yay “Barselona”ya keçən sabiq futbolçuları Antuan Qrizmann haqda danışmaq istəmədiyini deyib: "Qrizmannın oyunu hər şeyi göstərir, buna nə isə əlavə etmək lazım deyil. Qrizmann haqqında bir şey söyləməyəcəyəm. Çünki indi o, başqa komandanın futbuolçusudur. İnsanlar nə edirlərsə, öz qərarlarıdır. Mən Qrizmannla işləyəndə həmişə onun barəsində fikirlərimi özünə açıq şəkildə bildirmişəm".

Qeyd edək ki, "Atletiko" - "Barselona" görüşü Bakı vaxtı ilə bu gecə saat 00.00-da başlanacaq.


Müəllif: Teleqraf.com