8 Dekabr 2019 11:15
204

İspaniya La Liqasının 15-ci turunda “Barselona”nın “Malyarko”ya qalib gəldiyi matçda (5:2) Lionel Messi üç qol vurub.

Teleqraf.com xəbər verir ki, bu, 32 yaşlı argentinalı hücumçunun İspaniya liqasında ümumən 35-ci het-triki olub. Bununla da Messi Kriştiano Ronaldonun rekordunu qıra bilib.

Ötən yay “Real”ı tərk edərək İtaliya A seriya təmsilçisi “Yuventus”a keçən portuqaliyalı futbolçu La Liqada 34 dəfə het-trik edib.


Müəllif: Teleqraf.com