6 Yanvar 2020 21:00
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Teleqraf.com xəbər verir ki, Turin klubu 18-ci turda doğma meydanda "Kalyari" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

"Yuventus" - "Kalyari" - 4:0
Qollar: Ronaldo, 49, 67-pen, 82, İquain, 81

Bu qələbə ilə xalını 45-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 42 xalla (17 oyun) 2-ci, "Latsio" 39 xalla (17 oyun) 3-cüdür.


Müəllif: Teleqraf.com