İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Turin komandasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu ötən ay 6 oyuna 6 qol vurub. Ronaldu İtaliya A Seriyasında “Sassuolo”, “Latsio”, “Sampdoriya” klubları ilə oyunda 1, “Udineze” ilə matçda isə 2 qol vurub. UEFA Çempionlar Liqasında isə “Bayer Leverkuzen”lə oyunda bir dəfə fərqlənib.
Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsümdə “Yuventus”un heyətində keçirdiyi 23 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə edib.