Luis Suares "Barselona"nın əvəzedici komandası ilə bir matçda iştirak edəcək.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun baş məşqçisi Luis Enrike deyib. O bildirib ki,uzun müddətdir yaşıl meydanlardan uzaq qalan uruqvaylı hücumçu "Barsa"nın əvəzedici komandasının İndoneziyanın gənc komandası ilə keçirəcəyi yoldaşlıq matçında oynayacaq:
"Bu görüşdə oynamaq Suares üçün faydalı olacaq. Onunla bu haqda danışmışam. Suares də həmin matçada oynamaq istəyir".
Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-də başa çatacaq.