"Barselona"nın forvardı Luis Suaresin 4 aylıq diskvalifikasiyaya məruz qalması virtual dünyada da əksini tapıb.
ANS PRESS-in məlumatına görə, FİFA-15 yeni kompüter oyununda da uruqvaylı qoleador oktyabr ayınadək meydana çıxa bilməyəcək.
Amma bu, yalnız rəsmi görüşlərə şamil olunub. Kompüterdə "Barselona" komandasını seçən oyunçuya dərhal icraçı direktor tərəfindən xəbərdarlıq edilir: "Nəzərə alın ki, oktyabrın 26-dək Luis Suares diskvalifikasiya olunub".