Moskvada ermənilər tərəfindən yaradılmış “Ararat” futbol klubu fəaliyyətini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçyov deyib.
Klubun çoxlu borcu ilə əlaqədar lisenziyadan məhrum edildiyini bildirən D.Roqaçyov qeyd edib: “Klub rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, bizə cavab verən olmadı. “Ararat”ın fəaliyyətini dayandırmasını rəsmən elan edə bilərik. Növbəti dörd ildə Rusiya futbolunda “Ararat” adından istifadə oluna bilməz”.
Xatırladaq ki, 2017-ci ilin martında yaradılan klub əvvəlcə üçüncü divizionun “Moskva” zonasında çıxış etmiş, bir neçə aydan sonra isə ikinci divizionun “Mərkəz” zonasında çıxış etmək üçün Rusiya Futbol İttifaqının lisenziyasını almışdı.