16 Fevral 15:13
243

Milli Gimnastika Arenasında keçirilən dünya kuboku yarışlarında qadın batutçuların fərdi yarışlarında qaliblər müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk iki yeri Çin idmançıları tutublar.

Belə ki, Xueyinq Cu 55,810 xalla qızıl medal qazanıb. Komanda yoldaşı Linqlinq Liu isə 54,945 xalla ikinci olub.

İlk üçlüyü 54,585 xalla Kanada təmsilçisi Samanta Smit tamamlayıb.

İki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.


Müəllif: Teleqraf.com