25 Sentyabr 2014 17:10
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA Estoniya və Slovakiya futbol federasiyalarının nəticələri əvvəlcədən razılaşdırılmış oyunlarda iştiraka görə 15 futbolçuya tətbiq etdiyi sanksiyaların əhatəsini beynəlxalq səviyyəyədək genişləndirib.

Trend-in FIFA-ya istinadən verdiyi məlumata görə, rusiyalı futbolçu Yaroslav Dmitriyev futbol fəaliyyətindən birdəfəlik uzaqlaşdırılıb. O, "Ayaks Lasnamyae" (Tallin) klubunun oyunçusu olarkən danışılmış oyunlarda iştirak edib.

10 oyunçunun diskvalifikasiya müddəti 2015-ci il martın 1-də, ikisinin isə bu il dekabrın 31-də başa çatır.
Bundan başqa, slovakiyalı futbolçular İvan Qodur və Robert Rak, müvafiq olaraq, 11 və 15 il müddətinə diskvalifikasiya olunublar.


Müəllif:

Oxşar xəbərlər