7 Mart 2020 08:41
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paraqvayın Baş Prokurorluğu futbolçu Ronaldinyonun həbsi üçün order verib.

Teleqraf.com-un məlumatına görə, ölkənin Baş Prokurorluğunun "Twitter" səhifəsində deyilir: "Ronaldinyo saxta şəxsiyyət vəsiqəsindən istifadə etməkdə ittiham olunur, Baş Prokurorluq onun həbsinə dair order verib və ilkin həbsini tələb edib".

Martın 4-də Paraqvayda Ronaldinyo və qardaşı Robertonun yerləşdikləri otel nömrəsində axatrış keçirilərkən futbolçunun və qardaşının adına saxta pasportlar aşkar edilib.

Martın 7-də Ronaldinyo prokurorluqda ifadə verib.

Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər