16 Aprel 2020 00:58
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" İtaliyanı tərk edən legionerlərindən 19 aprelə kimi ölkəyə qayıtmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

Turin təmsilçisində Kriştiano Ronaldo, Duqlas Kosta, Miralem Pyaniç və Sami Xedira martda öz vətənlərinə gediblər. Turinə qayıtdıqdan sonra onlar İtaliyada 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, bu oyunçuların mayın 4-ü "Yuventus"da məşqlərə başlayacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər