Konqoda 2016-ci ildə avtomobil qəzasında olduğu bildirilən futbolçu Hiannick Kamba 4 il sonra Almaniyadakı kimya zavodlarının birində tapılıb.
Teleqraf.com xəbər verir ki, "Şalke"nin istedadlı futbolçularından olan Kamba üçün hətta yas mərasimi də qurulmuşdu.
"Bild"in məlumatına görə, Kamba bir müddət Konqoda yoxa çıxıb. Xanımı da bundan istifadə edərək dövlətdən sığorta almaq üçün yalan məlumat yayıb.
Hazırda futbolçunun xanımı haqqında cinayət işi açılıb.