Bir neçə gün öncə xəstəxanaya yerləşdirilmiş “Qalatasaray”ın prezidenti Mustafa Cengizin durumuna aydınlıq gəlib.
Teleqraf.com xəbər verir ki, 70 yaşlı klub rəhbəri əməliyyat olunacaq.
Onun səhhəti ilə bağlı bir neçə əməliyyat keçirəcəyi bildirilib.
Xatırladaq ki, Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.