La Liqanın başlayacağı tarix bəlli olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Leqanes" futbol klubunun baş məşqçisi Xavyer Agirre açıqlama verib.
O, ölkə çempionatının iyunun 20-də bərpa olunacağını deyib:
"Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqa sadəcə mənə rəsmi məlumat verdi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırdıq. Sabah toplanışa başlayacağıq".