Niderlandın yüksək liqa təmsilçisi "Tvente" baş məşqçisi Qonzalo Qarsiya ilə yollayı ayırıb.
Teleqraf.com xəbər verir ki, onunla bu yay başa çatacaq müqavilənin müddəti uzadılmadığı bildirilib. 36 yaşlı mütəxəssinin köməkçiləri ilə də yollar ayrılıb.
Qeyd edək ki, "Tvente" vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümünü 14-cü pillədə başa vurmuşdu.