Serbiyanın "Srvena Zvezda" klubunun 6 futbolçusu koronaya yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə klub rəhbərliyi məlumat yayıb. Məlumatda bildirilib ki, oyunçulardan götürülən analizlərin cavabı müsbət çıxıb.
İnfeksiya aşkarlanan futbolçular Srcan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Qobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.