"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti yenidən maraqlı fikirləri ilə diqqət çəkib.
"So Foot"a danışan italiyalı mütəxəssis Madrid klubunun sabiq çalışdırıcısı Joze Mourinyonun bir neçə futbolçusu ilə problem yaşadığını bildirib:
"Mourinyonun futbolçuları ilə problemləri var idi. Əsasən də Serxio Ramos və İker Kasilyasla. Paltardəyişmə otağında danışılanlar səhəri gün qəzetlərdə əks olunurdu. Ancaq mən gəldikdən sonra hər şey qaydasına düşdü. Bu problemi mən düzəltmədim. Mən gələn qədər artıq vəziyyət normallaşmışdı"./qol.az/