Bakının “Keşlə” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə oyununun hakimləri açıqlanıb.
Teleqraf.com UEFA-nın saytına istinadən xəbər verir ki, Bakıda keçiriləcək görüşü gürcüstanlı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona yan xətdə həmyerliləri Davit Qabisoniya və David Axvlediani kömək edəcəklər. Dördüncü hakim isə İrakli Kvirikaşvili olacaq.
Qeyd edək ki, “Keşlə”–“Laçi” oyunu avqustun 27-də saat 21:00-da “ASK Arena”da start götürəcək.