5 Sentyabr 2020 20:46
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəsinə start verilib.

Teleqraf.com xəbər verir ki, millimiz Lüksemburq yığması ilə qarşılaşır.

Bakı Olimpiya Stadionunda keçirilən matçı İngiltərədən olan hakimlər briqadası idarə edir. Baş hakimi Kris Kavanaqdır. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edirlər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirir.

***

Millimizin heyətində Mahir Emreli görüşün 26-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydan kənarlaşdırılıb.

***

Oyunun 43-cü dəqiqəsində Ramil Şeydayev millimizi hesabda önə keçirib. İlk hissə bu hesabla başa çatıb.

***

48-ci dəqiqədə Anton Krivotsyuk avtoqola imza atıb və hesab bərabərləşib: 1:1

***

72-ci dəqiqədə rəqib oyunçu Gerson Rodriges penaltini dəqiq yerinə yetirərək komandasına daha 1 xal qazandırıb. Oyun 2:1 hesabla Lüksemburqun qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər