Peşəkar boksçu, dünya çempionu Floyd Meyvezer idman sahəsində yazdığı proqnozlarla da diqqət mərkəzinə düşüb.
O, Amerikan futboluna yenə pul yatırıb. 37 yaşlı boksçu Amerika futbolunda “Denver Bronkos”-“Nyu-York Cets” oyununa pul qoyub. Las-Veqasda yerləşən kazinolardan birinə gedən Meyvezer “Bronkos”un 7,5 xallıq fərqlə qələbəsini proqnozlaşdırıb.
O, həmin komandanın qələbəsinə 815 min dollar yazdırıb. Görüşün sonlarında hesab 17:24 idi. Amma matçın başa çatmasına 15 saniyə qalmış Akib Talib topu ələ keçirərək komandasına növbəti 7 xalı qazandırıb. Yekunda görüş 31:17 hesabıyla başa çatıb. Bu isə boks üzrə dünya çempionuna 600 min dollar qazandırıb.