24 Noyabr 2020 19:57
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvündə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının sözügedən güləş növü üzrə vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, yığmanının güləşçilərindən başqa, daha bir idmançının testi müsbət nəticə verib: "Həmin şəxs sparrinq-rəqibdir. Heç kim bu xəstəlikdən sığortalanmayıb. Məncə, hamı bu virusa yoluxacaq. Kim bundan necə çıxacaq, bunu gələcək göstərəcək. Güləşçilər də bu cəmiyyətin nümyəndələridir. Məşqlərə gəlib-gedirlər, ictimai nəqliyyatdan istifadə edirlər. Virusa yoluxanlar təlim-məşq toplanışından kənarlaşdırılıblar. Hər üçünün müalicəsinə başlanılıb. O qədər də qorxulu bir şey yoxdur".

Federasiya rəsmisi virusa yoluxmamaq üçün gördükləri tədbirlərdən də danışıb: "Federasiyada bu ilin martından hamıya ciddi nəzarət var. Bunun nəticəsidir ki, virusa ən az yoluxan bizim idmançılardır. Məşqə gələndə maka taxmalarına, dezinfeksiyaedici məhlullardan istfadələrinə nəzarət edirik. Amma sonrakı vaxtlarını harada keçirdiklərini bilmirik. Hər şeyə məsuliyyətlə yanaşmaq, ciddi qəbul etmək lazımdır. Bunların çoxu gənc olduqları üçün vəziyyətə ciddi yanaşmırlar. Ətrafımızda olan insanlardan dünyasını dəyişənlər oldu. Bəziləri xəstəxanalardadır. Hər gün xəstə sayı artır. Hamı təhlükəsizlik tədbirlərinə tam əməl etməlidir. Maskanı yalnız yolda polis görəndə taxmamalıdır. Qərar qəbul olunubsa, deməli, hamıya aiddir. Kim əməl edirsə, xəstəlik ondan uzaq olur".

Qeyd edək ki, daha əvvəl sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər