Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri "Neftçi" qış təlim-məşq toplanışında ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, rəqib I Divizion təmsilçisi "Kəpəz" olub. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təşkil olunmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov vurub. O, ikinci hissədə meydana daxil olaraq, fərqlənməyi bacarıb.
Qarşılaşma həm də "Neftçi"nin qapıçısı Səlahət Ağayevin uzun fasilədən sonra yaşıl meydanlara qayıdışı ilə əlamətdar olub.
Qeyd edək ki, bu, qış fasiləsində Azərbaycan klublarının ifasında ilk yoxlama oyunu olub.